Cəmiyyət
Bakıda əsən külək nə zaman səngiyəcək? - FOTO
Hazırda Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləyin sürəti gecəyə doğru zəifləyəcək. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. Onun sözlərinə görə, sabah gün ərzində mülayim cənub-şərq küləyi əsəcək.
Mənbə
oxu.az