Digər

Hörmüz boğazında rüsum tətbiq ediləcəkmi? - Tramp

21 Jun 2026, 00:44 2 baxış
Hörmüz boğazında rüsum tətbiq ediləcəkmi? - Tramp

Atəşkəs dövründəki 60 gün müddətində Hörmüz boğazında heç bir rüsum tətbiq edilməyəcək.


Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.


“Həmçinin, 60 günlük müddət başa çatdıqdan sonra da rüsum olmayacaq.


Ancaq saziş baş tutmadığı təqdirdə, ABŞ-ın keçmiş, indiki və gələcək xərclərin ödənilməsi üçün Yaxın Şərq ölkələrinə göstərdiyi “qoruyucu mələk” xidmətlərinə görə rüsumlar ABŞ tərəfindən və ABŞ-ın xeyrinə tətbiq oluna bilər.


Bu məsələyə göstərdiyiniz diqqətə görə təşəkkür edirəm!”, - deyə Tramp qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər