Digər
Şahbaz Şərif də İsveçrəyə gedə bilər - Vensdən asılıdır
Pakistanın Baş naziri Şahbaz Şərif və Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munir də ABŞ-İran danışıqlarında iştirak üçün İsveçrəyə səfər edə bilər.
Axar.az xəbər verir ki, bu barədə Samaa TV məlumat yayıb.
Bildirilib ki, baş nazirin yola düşməsi ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin İsveçrəyə səfərindən asılı olacaq.
Qeyd edək ki, ABŞ-İran danışıqlarının 21 iyunda İsveçrədə keçiriləcəyi gözlənilir.
Mənbə
axar.az