Digər

Melonidən Trampa kəskin cavab: Həmişə bunu etmişəm

20 Jun 2026, 23:29 2 baxış
Melonidən Trampa kəskin cavab: Həmişə bunu etmişəm

Prezident Tramp, bu davamlı, təxribat xarakterli hücumlar mənasızdır. Mənim populyarlığım İtaliyanın milli maraqlarını müdafiə etmək qabiliyyətimdən asılıdır və mən həmişə məhz bunu etmişəm.


Axar.az xəbər verir ki, bunu İtaliyanın Baş naziri Corciya Meloni bu gün ABŞ Prezidenti Donald Trampın yeni tənqidlərinə cavabında bildirib.


Meloni, həmçinin Trampın İtaliyadakı ABŞ hərbi obyektlərinə qarşı tənqidlərinə cavab olaraq bildirib ki, onların istifadəsi ikitərəfli müqavilələrlə tənzimlənir:


“Onların istifadəsi həmişə hörmət etdiyimiz və mən Baş nazir olduğum müddətcə pozula bilməyəcək müqavilələrlə tənzimlənir”.


İtaliyanın suveren dövlət olduğunu xatırladan baş nazir əlavə edib:


“Hər halda, mənim populyarlığım sizi narahat etməsin. Mən sizə öz populyarlığınıza diqqət yetirməyi məsləhət görürəm”.

Mənbə axar.az

Oxşar Xəbərlər