Digər
Türkiyədə dəhşətli qəza: ölənlər və yaralılar var
Türkiyənin İsparta vilayətinin Gelendost rayonunda baş verən qəzada turist mikroavtobusu yoldan çıxaraq dərəyə aşıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirib ki, nəticədə 4 nəfər ölüb, 26 nəfər yaralanıb. Onlardan 5-nin vəziyyəti ağırdır.
Jandarma qrupları hadisə yerini mühasirəyə alıb və qəza ilə bağlı araşdırma aparılır.
Mənbə
axar.az