Digər

ABŞ bu öhdəliklərini yerinə yetirməyib - Bəqai

20 Jun 2026, 21:29 2 baxış
ABŞ bu öhdəliklərini yerinə yetirməyib - Bəqai

ABŞ İsraillə Livandakı atəşkəsə dair razılaşma çərçivəsində öhdəliklərini yerinə yetirməyib.


Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.


Onun sözlərinə görə, ABŞ-la əldə olunan anlaşmanın birinci bəndi bütün cəbhələrdə, o cümlədən Livanda müharibənin dayandırılmasının əsas şərtlərdən biridir:


“İran öz öhdəliklərinə əməl edib, lakin Vaşinqton İsrailə Livanda atəşkəsi təmin etdirmək öhdəliyini yerinə yetirməyib. Dəniz blokadasının yumşaldılması və Hörmüz boğazının açılması istiqamətində müəyyən addımlar atılsa da, razılaşma vahid paket kimi nəzərdə tutulur”.


Qeyd edək ki, bir müddət öncə İsrail Baş naziri Benyamin Netanyahu orduya Livana hücumu dayandırmaq barədə tapşırıq verib. İran nümayəndələri isə ABŞ-la danışıqlar üçün İsveçrəyə yola düşüb.

Mənbə axar.az

Oxşar Xəbərlər