Digər
İranda 17 nəfər ABŞ-a görə saxlanıldı
İranın İlam əyalətində ABŞ və İsrailin maraqları naminə fəaliyyət göstərən 17 nəfər saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, kəşfiyyat əməkdaşları iğtişaşların təşkilində şübhəli bilinən üç nəfəri və daha sonra 14 nəfəri saxlayıblar.
Bildirilib ki, saxlanılan şəxslərdən üç ədəd trotil partlayıcısı, "Kalaşnikov" tipli avtomat, əl qumbarası və müxtəlif soyuq silahlar, o cümlədən maçetlər götürülüb. Vətənə xəyanətdə şübhəli bilinən ümumilikdə 17 nəfər həbs olunub.
Mənbə
axar.az