Digər

Brüsseldən Rusiya ilə bağlı Ankaraya şok tələb

20 Jun 2026, 19:40 2 baxış
Brüsseldən Rusiya ilə bağlı Ankaraya şok tələb

Avropa Birliyi (AB) yeni müqavilələr çərçivəsində Türkiyədən AB ölkələrinə tədarük ediləcək qazın Rusiya mənşəli olmaması barədə tələbini irəli sürəcək.


Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyyat naziri Katerina Rayxe Ankaraya rəsmi səfərinin yekunlarına dair bəyanatla çıxış edib.


Nazirin sözlərinə görə, rəsmi Ankara Brüsselin bu mövqedə qəti olduğunu anlayır.


“Blumberq” agentliyi Katerina Rayxenin bu fikirlərini sitat gətirib:


“Türkiyə AB-nin Rusiya xammalından imtina etməyə böyük önəm verdiyini başa düşür və bu reallığı qəbul edir”.


Bununla belə, almaniyalı nazir Türkiyə rəsmilərinin məsələyə real yanaşmasını da diqqətə çatdırıb.


Ankara Rusiya qazının digər mənbələrlə əvəzlənməsinin qısa müddətdə mümkün olmadığını bəyan edib. Türkiyə tərəfi həm iqtisadi baxımdan, həm də mövcud resursların həcmi nöqteyi-nəzərindən Rusiya qazından birdən-birə imtina etməyin qeyri-real olduğunu bildirib.


Xatırladaq ki, Türkiyə 2022-ci ildə Rusiyanın "Qazprom" şirkətindən ən çox qaz alan ikinci ölkə olub. Hazırda Ankara ilə Moskva arasında 2026-cı ildən sonrakı dövr üçün qaz tədarükünə dair danışıqlar aparılır, çünki mövcud müqavilələrin müddəti başa çatmaqdadır. Türkiyənin energetika naziri Alparslan Bayraqdar qeyd edib ki, tərəflər hələlik nə mümkün tədarük həcmləri, nə də yeni sazişlərin müddəti barədə yekun razılığa gəlməyiblər. ABŞ və AB-nin təzyiqləri fonunda Ankaranın necə bir balanslaşdırılmış siyasət yürüdəcəyi isə hələlik sual altındadır.

Mənbə axar.az

Oxşar Xəbərlər