Digər

Tramp buna görə müharibəni tez bitirməyə çalışır - CNN

20 Jun 2026, 19:51 3 baxış
Tramp buna görə müharibəni tez bitirməyə çalışır - CNN

ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin mümkün qədər tez başa çatmasına çalışır.


Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.


Bildirilib ki, buna səbəb isə münaqişənin dünya iqtisadiyyatına, Trampın şəxsi populyarlığına və Respublikaçılar Partiyasının yerli seçkilər ərəfəsindəki mövqelərinə mənfi təsir göstərməsidir.


Nəşr həm də qeyd edir ki, Donald Tramp və onun müşavirləri iyunun əvvəlində Tehranla çərçivə sazişinin əldə olunmasına çalışmaq barədə qərara gəliblər. Bu saziş Hörmüz boğazının açılmasını və İranın nüvə proqramı ətrafında nizamlanmanın ümumi prinsiplərinin müəyyən edilməsini nəzərdə tutub.


Məlumata görə ki, bir çox yüksək vəzifəli administrasiya rəsmiləri münaqişəyə son qoyulmasının tərfdarı olublar.

Mənbə axar.az

Oxşar Xəbərlər