Digər
Maçete ilə silahlanıb insanlara hücum etdi: 1 ölü, 5 yaralı - Video
Rusiyanın Krasnodar şəhərində maçete (Enli və uzun ağzı olan, əsasən kənd təsərrüfatı aləti kimi istifadə edilən böyük bıçaq növüdür – red) ilə silahlanmış şəxs ətrafdakı insanlara hücum edib.
Axar.az xəbər verir ki, hadisə “Vest Moll” ticarət mərkəzində yerləşən MFC-də baş verib.
İlkin məlumata görə, 1 nəfər hadisə yerində həyatını itirib, 5 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılıb.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları hücum edən şəxsi saxlayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Mənbə
axar.az