Digər

İran Hörmüz boğazını yenidən bağladı

20 Jun 2026, 17:39 11 baxış
İran Hörmüz boğazını yenidən bağladı

ABŞ-ın İranla anlaşma memorandumunun birinci bəndini yerinə yetirməməsi və açıq şəkildə öhdəliklərini pozması, həmçinin İsrailin Livanın cənubunda atəşkəsi davamlı olaraq pozması və ordusunu Livan ərazisindən geri çəkməməsi nəzərə alınaraq, Hörmüz boğazı yenidən bağlanıb.


Axar.az xəbər verir ki, bu barədə SEPAH-ın “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının bəyanatında bildirilib.


“Bu, düşmənin öhdəliklərini pozmasına cavab olaraq atılan ilk addımdır”, - SEPAH vurğulayıb.


Bildirilib ki, vəziyyət bu şəkildə davam edərsə, ABŞ-ni öhdəliklərini yerinə yetirməyə məcbur etmək məqsədilə növbəti addımlar planlaşdırılacaq və həyata keçiriləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər