Digər
Flora Kərimova xəstəxanadan evə buraxıldı
Xalq artisti Flora Kərimova sabah xəstəxanadan evə buraxılıb.
Kult.az xəbər verir ki, bu barədə Teleqraf-a açıqlamasında sənətkarın köməkçisi Yaqut İmanova məlumat verib.
O bildirib ki, Flora Kərimovanın səhhəti normallaşıb.
Qeyd edək ki, Flora Kərimova bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi. Xalq artistinin səhhəti Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nəzarətində idi.
Mənbə
axar.az