Digər

İsrail Livanın bu şəhərlərini bombaladı: 28 ölü

20 Jun 2026, 15:42 10 baxış
İsrail Livanın bu şəhərlərini bombaladı: 28 ölü

İsrail ordusu dünən gecədən bəri Livanın cənubundakı Nəbatiyyə, Tir və Sidon şəhərlərinə hava hücumları həyata keçirib.


Axar.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.


İsrailin Sidon bölgəsindəki Kanarit rayonuna endirdiyi hava hücumu nəticəsində 7 nəfərin öldüyü, 13 nəfərin isə yaralandığı bildirilir.


Nəbatiyyə şəhərinə edilən hücumlarda isə 16 nəfər həyatını itirib.


Eyni zamanda, səhər saatlarında Sur şəhərinin Bariş rayonuna edilən hava hücumunda 2-si uşaq olmaqla, eyni ailədən 4 nəfər həlak olub.


Ölkənin şərqindəki Suhmur şəhərində də 1 nəfər ölüb.


Qeyd edək ki, ötən gün İsrail və Hizbullahın atəşkəs barədə razılığa gəlməsi ilə məlumat yayılmışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər