Digər

Qazaxıstanda yanacaq məntəqəsində yanğın: ölənlər var

20 Jun 2026, 14:29 14 baxış
Qazaxıstanda yanacaq məntəqəsində yanğın: ölənlər var

Qazaxıstanın Aktobe şəhərində yanacaqdoldurma məntəqəsində baş verən yanğın nəticəsində üç nəfər ölüb.


Axar.az xəbər verir ki, bu barədə "Kazinform" agentliyi məlumat yayıb.


Qeyd olunub ki, ölənlər arasında iki uşaq var.


"Yanğının söndürülməsi zamanı avtomobilin salonunda üç nəfərin meyiti aşkarlanıb. Daha bir nəfər xəstəxanaya çatdırılıb", - xilasetmə xidmətindən bildirilib.


Hadisə yerinə 10-dan çox texnika və 50-dən artıq əməkdaş cəlb edilib.


Yanğının səbəbləri araşdırılır.

Mənbə axar.az

Oxşar Xəbərlər