Digər

Qardaş ölkədə partlayış: ölənlər var

20 Jun 2026, 13:28 12 baxış
Qardaş ölkədə partlayış: ölənlər var

Pakistanın şimal-qərbindəki Xeybər-Paxtunxva əyalətində yol kənarına yerləşdirilmiş iki bombanın partlaması nəticəsində azı 7 nəfər ölüb.


Axar.az xəbər verir ki, bu barədə "Vaşinqton Post" qəzeti məlumat yayıb.


Bildirilib ki, hadisə Əfqanıstanla sərhədin yaxınlığındakı Bannu dairəsində baş verib. Birinci partlayış nəqliyyat vasitəsinə qarşı yönəldilib. İkinci bomba xilasedicilər hadisə yerinə gəldiyi an işə düşüb.


Vurğulanıb ki, hər iki partlayıcı qurğu məsafədən idarə olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər