Cəmiyyət

Dənizdə neft qalıqları aşkarlandı: FHN hərəkətə keçdi - Video

19 Jun 2026, 21:35 1 baxış
Dənizdə neft qalıqları aşkarlandı: FHN hərəkətə keçdi - Video

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi, Dübəndi yaşayış sahəsində dəniz sahilində neft qalıqlarının yığılması barədə məlumat daxil olub.


FHN-in Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, dərhal əraziyə Mülki müdafiə qoşunların və Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin şəxsi heyəti və texnikaları cəlb olunub.


Hazırda FHN-in qüvvələri tərəfindən Dübəndi yaşayış sahəsində dəniz sahilində aşkar edilmiş neft qalıqlarının yığılıb ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.


Mənbə axar.az

Oxşar Xəbərlər