Cəmiyyət

FHN: Dübəndidə dəniz sahili neft qalıqlarından təmizlənir - VİDEO

19 Jun 2026, 20:54 1 baxış
FHN: Dübəndidə dəniz sahili neft qalıqlarından təmizlənir - VİDEO
Bakının Zirə qəsəbəsi, Dübəndi yaşayış sahəsində dəniz sahilində neft qalıqları yığılıb. Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Məlumata əsasən, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi, Dübəndi yaşayış sahəsində dəniz sahilində neft qalıqlarının yığılması barədə məlumat daxil olub.
Bildirilib ki, dərhal əraziyə FHN-in Mülki Müdafiə qoşunlarının və Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin şəxsi heyəti və texnikaları cəlb olunub. Hazırda FHN-in qüvvələri tərəfindən Dübəndi yaşayış sahəsində dəniz sahilində aşkar edilmiş neft qalıqlarının yığılıb ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər