Cəmiyyət

Ötən tədris ilində Azərbaycanda 200 tələbə vəfat edib

19 Jun 2026, 21:00 1 baxış
Ötən tədris ilində Azərbaycanda 200 tələbə vəfat edib
Ötən tədris ilində Azərbaycanda 200 tələbə vəfat edib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc etdiyi 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materiallarında yer alıb. Bildirilib ki, onlardan 33-ü bakalavriat, 5-i magistratura, 67-si tam orta ixtisas, 95-i isə orta ixtisas bazası üzrə təhsil alan tələbələr olublar. Bundan başqa, 2025-ci ildə akademik borca görə 938, digər təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar 926 , təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə 12 969 tələbə universitetdən xaric edilib. Təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar xaric edilən tələbələrin sayı 115-dir. Ötən il təkrar kursda saxlanılan tələbələrin sayı isə 114 nəfərdir.
Mənbə oxu.az

Oxşar Xəbərlər