Cəmiyyət

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

19 Jun 2026, 20:51 2 baxış
Minnixanovdan Əliyevə: Buna ümid edirik...

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.


Axar.az xəbər verir ki, təbrik məktubunda qeyd olunur:


“Hörmətli İlham Heydər oğlu.


Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Tatarıstan sakinləri adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.


Sizə və ölkənizin bütün vətəndaşlarına möhkəm cansağlığı, xoşbəxtlik, dövlətçiliyin daha da möhkəmləndirilməsi işində və çoxşaxəli sosial-iqtisadi vəzifələrin yerinə yetirilməsində daim uğurlar arzulayırıq. Qoy, Azərbaycan cəmiyyətinin birliyi və quruculuqla bağlı güclü əzmi əcdadların tarixi nailiyyətlərinə dair xatirələrlə möhkəmlənərək ölkənin davamlı dinamik inkişafının və firavanlığının təminatı olsun!


Qardaş xalqlarımızın xoşməramlı əməkdaşlıq ənənələrinin gələcəkdə də sarsılmaz qalacağına, habelə Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq maraqları naminə geniş qarşılıqlı fəaliyyətin daha da inkişaf etdiriləcəyinə ümid bəsləyirik.


Sizə, yaxınlarınıza və Azərbaycan xalqına ən xoş arzularımızı çatdırıram”.

Mənbə axar.az

Oxşar Xəbərlər