Dünya
Viktor Orbana daha bir zərbə: Macarıstanda yeni qanun imzalandı
Macarıstan Prezidenti Tamaş Şuyok istənilən şəxsin baş nazir vəzifəsində qalmasını iki dördillik müddətlə məhdudlaşdıran ölkənin Əsas Qanununa 16-cı düzəlişi imzalayıb. Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilib ki, Macarıstan parlamenti tərəfindən daha əvvəl qəbul edilmiş bu sənəd geriyə də təsir edəcək və sabiq baş nazir Viktor Orbanın bu vəzifəyə yenidən namizədliyini irəli sürməsinə imkan verməyəcək. "Respublika prezidenti Əsas Qanuna edilən düzəlişə yalnız onun qəbulu ilə bağlı təsbit edilmiş prosedur tələblərinə riayət olunması baxımından baxa bilər. Respublika prezidenti müəyyən edib ki, Əsas Qanuna edilən düzəliş bu tələblərə tam cavab verir və ilkin normativ-hüquqi nəzarət prosedurunun başlanması üçün heç bir əsas yoxdur", - deyə dövlət başçısının rəsmi iqamətgahı olan Şandor sarayının mətbuat xidmətinin bəyanatında bildirilib.
Mənbə
oxu.az