Cəmiyyət

Ötən il əlaçı olan 513 şagird qəbul imtahanlarında 0-200 aralığında bal toplayıb

19 Jun 2026, 18:48 4 baxış
Ötən il əlaçı olan 513 şagird qəbul imtahanlarında 0-200 aralığında bal toplayıb
Ötən il əlaçı kimi məzun olan 513 şagird qəbul imtahanlarında 0-200 aralığında bal toplayıb. Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin (DİM) "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc etdiyi 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materiallarında yer alıb. Məlumata görə, onlardan 481-i 100-200, 32 nəfəri isə 0-100 bal aralığı nəticə qazanıb. Eyni zamanda. bildirilib ki, orta attestat balı "3" olan bir nəfər isə 500-700 bal aralığında nəticə qazanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər