Dünya
İsrail və "Hizbullah" atəşkəs barədə RAZILIĞA GƏLDİLƏR
İsrail və "Hizbullah" atəşkəs barədə razılığa gəliblər. Atəşkəsin yerli vaxtla saat 16:00-da başlaması nəzərdə tutulur. Oxu.Az-ın "Reuters" agentliyinə istinadən xəbərinə görə, bu barədə adı açıqlanmayan yüksək rütbəli ABŞ rəsmisi məlumat verib. "İsrail və "Hizbullah" atəşkəs barədə razılığa gəldilər", - deyə o bildirib. Agentliyin məlumatında qeyd edilib ki, ABŞ və Qətər İranın yardımı ilə sövdələşməni müzakirə ediblər: "Bu gün səhər tezdən baş verən atışmadan sonra İsrail və "Hizbullah" atəşkəs barədə razılığa gəliblər".
Mənbə
oxu.az