Dünya

Tramp Meloninin yalvardığını dedi: Baş nazirdən cavab gecikmədi - VİDEO

19 Jun 2026, 17:32 2 baxış
Tramp Meloninin yalvardığını dedi: Baş nazirdən cavab gecikmədi - VİDEO
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Fransada keçirilən "Böyük Yeddilik ölkələri"nin (G7) sammiti çərçivəsində İtaliyanın Baş naziri Corcia Meloninin onunla fotoşəkil çəkdirmək üçün yalvardığını bildirib. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ rəhbəri İtaliyanın "La7" televiziya kanalının jurnalisti ilə telefon danışığı zamanı deyib. "Böyük ehtimalla, o mənimlə danışdığına görə çox sevinir! Mən onunla söhbət etməyə məcbur deyildim. O mənimlə birgə foto çəkdirməyim üçün mənə yalvarırdı! O bunu o qədər çox istəyirdi. Mən bu xahişi rədd edə bilərdim, lakin sadəcə ona yazığım gəldi", - deyə Tramp qeyd edib. Ağ Ev liderinin bu açıqlamasına isə İtaliyanın baş nazirindən cavab gecikməyib. Meloni "X" hesabından verdiyi açıqlamada bildirib ki, İtaliya və özü heç nə üçün xahiş etmir: "Bəzi şeylərə dərhal cavab verilməlidir. Donald Trampın açıqlamaları tamamilə uydurmadır. Amerika Birləşmiş Ştatları prezidentinin müttəfiqləri ilə niyə belə davrandığını bilmirəm. Düzünü desəm, şoka düşdüm. İtaliya və mən heç vaxt yalvarmırıq".
Mənbə oxu.az

Oxşar Xəbərlər