Cəmiyyət

Vüsal Aslanov üç nəfərə VƏZİFƏ VERDİ - FOTO

19 Jun 2026, 17:52 3 baxış
Vüsal Aslanov üç nəfərə VƏZİFƏ VERDİ - FOTO
"Bakı Metropoliteni" QSC-də yeni kadr təyinatları olub. Oxu.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov müvafiq əmrlər imzalayıb. Belə ki, Günel Hüseynova QSC-nin Ətraf mühitin mühafizəsi şöbəsinin rəisi vəzifəsinə təyin olunub. O bu təyinatadək həmin şöbədə mühəndis, daha əvvəl isə ekoloq vəzifələrində çalışıb.
Bundan əlavə, digər əmrlə Cavid Süleymanov QSC-nin Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏM) şöbəsinin rəis müavini təyin edilib. O bundan əvvəl "BakuBus"da çalışıb.
Daha bir əmrlə, Fidan Mirzəlizadə QSC-nin Strateji inkişaf departamentinin rəis müavini təyin edilib. O bu təyinatadək həmin departamentdə Layihə idarəedilməsi şöbəsinin rəisi müavini işləyib.
Vüsal Aslanov üç nəfərə VƏZİFƏ VERDİ - FOTO Vüsal Aslanov üç nəfərə VƏZİFƏ VERDİ - FOTO Vüsal Aslanov üç nəfərə VƏZİFƏ VERDİ - FOTO Vüsal Aslanov üç nəfərə VƏZİFƏ VERDİ - FOTO Vüsal Aslanov üç nəfərə VƏZİFƏ VERDİ - FOTO Vüsal Aslanov üç nəfərə VƏZİFƏ VERDİ - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər