Digər

İsrail və Hizbullah atəşkəsə razılaşdı

19 Jun 2026, 17:06 2 baxış
İsrail və Hizbullah atəşkəsə razılaşdı

İsrail və Hizbullah cümə günü yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə saat 17:00) qüvvəyə minəcək atəşkəs barədə razılığa gəliblər.


Axar.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi ABŞ-ın yüksək vəzifəli rəsmisinə istinadla məlumat yayıb.


“Hizbullah və İsrail atəşkəsə razılaşıblar. ABŞ və Qətərdən olan vasitəçilər İranın da dəstəyi ilə bu razılaşmanı hazırlayıblar”, - məlumatda qeyd olunub.


Qeyd edək ki, daha əvvəl İsrail Baş naziri Benyamin Netanyahu Livandanın cənubundakı təhlükəsizlik zonasında qalacaqlarını bəyan edib.

Mənbə axar.az

Oxşar Xəbərlər