Digər

"Subway Azərbaycan"da rəsmi açılışını qeyd edib

19 Jun 2026, 16:38 2 baxış
"Subway Azərbaycan"da rəsmi açılışını qeyd edib
İyunun 17-də Bakıda "Subway Azərbaycan" şirkət rəhbərliyinin iştirakı ilə rəsmi açılış mərasimi keçirilib. Tədbirdə "Subway"ın EMEA regionu üzrə prezidenti Treysi Gehlan, "Subway EMEA" üzrə baş marketinq direktoru Luiza Uordl, "Subway EMEA" üzrə strateji inkişaf üzrə vitse-prezidenti Syuzett Burger, "Subway EMEA" MFZ biznes bölməsinin idarəedici direktoru Kaqan Şanlı və "Subway"ın Yaxın Şərq, Afrika, Cənubi Asiya, Türkiyə və MDB regionları üzrə baş meneceri Efe Çelik iştirak ediblər. Rəsmi mərasim zamanı qonaqlar ənənəvi lentkəsmə mərasimində iştirak ediblər. Xatırladaq ki, "Subway"ın Azərbaycandakı ilk restoranları iyunun 2-də eyni vaxtda şəhərin üç fərqli məkanında - "Caspian Plaza"da, metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığında və Ağ Şəhərdə fəaliyyətə başlayıb. Azərbaycan "Subway"ın yeni "Fresh Forward 2.0" dizayn konsepsiyasının tətbiq olunduğu ilk ölkələrdən biridir. Bu konsepsiya brendin gələcəyə yönəlmiş inkişaf strategiyasını əks etdirir və daha rahat müştəri təcrübəsi, müasir interyer həlləri və innovativ xidmət elementləri ilə seçilir. "Subway"ın Azərbaycandakı ilk üç restoranının açılması nəticəsində təxminən 60 yeni iş yeri yaradılıb. Şirkət gələcəkdə ölkədə şəbəkəsini daha da genişləndirməyi planlaşdırır. Brendin növbəti ünvanlarından biri "Gənclik Mall" olacaq. "Subway" dünyanın ən böyük sürətli xidmət restoran şəbəkələrindən biridir və 100-dən çox ölkədə fəaliyyət göstərir. Brendin əsas üstünlüyü hər sifarişə fərdi yanaşmadır - sendviçlər, rollar və salatlar qonağın seçdiyi inqrediyentlər əsasında onun gözü qarşısında hazırlanır.
{{gallery}}
"Subway Azərbaycan"da rəsmi açılışını qeyd edib "Subway Azərbaycan"da rəsmi açılışını qeyd edib "Subway Azərbaycan"da rəsmi açılışını qeyd edib "Subway Azərbaycan"da rəsmi açılışını qeyd edib "Subway Azərbaycan"da rəsmi açılışını qeyd edib "Subway Azərbaycan"da rəsmi açılışını qeyd edib "Subway Azərbaycan"da rəsmi açılışını qeyd edib
Mənbə oxu.az

Oxşar Xəbərlər