Digər

"Dünyagöz" Klinikasından gənclər üçün xüsusi kampaniya

19 Jun 2026, 16:42 1 baxış
"Dünyagöz" Klinikasından gənclər üçün xüsusi kampaniya
Göz sağlamlığının qorunması və mümkün görmə problemlərinin erkən aşkarlanması məqsədilə "Dünyagöz" Klinikası 18-40 yaş arası şəxslər üçün xüsusi kampaniyaya start verib. Kampaniya çərçivəsində oftalmoloq müayinəsi 50% endirimlə cəmi 45 AZN təşkil edir. Eyni zamanda, göz sağlamlığının ətraflı qiymətləndirilməsi üçün həyata keçirilən aparat müayinələrinə də 50% endirim tətbiq olunur. Mütəxəssislər bildirirlər ki, uzun müddət kompüter və telefon ekranlarından istifadə, eləcə də gündəlik həyatın intensivliyi göz yorğunluğu və müxtəlif görmə problemlərinin yaranma riskini artırır. Bu səbəbdən mütəmadi göz müayinələrindən keçmək və mümkün problemləri erkən mərhələdə aşkarlamaq böyük əhəmiyyət daşıyır. "Dünyagöz" Klinikası müasir texnoloji avadanlıqlar və peşəkar həkim heyəti ilə pasiyentlərə yüksək keyfiyyətli xidmət göstərməyə davam edir. Kampaniya ilə bağlı ətraflı məlumat və qeydiyyat üçün "Dünyagöz" Klinikası ilə əlaqə saxlaya bilərsiniz - *4469 / (012) 404 44 69
Mənbə oxu.az

Oxşar Xəbərlər