Digər

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

19 Jun 2026, 16:55 2 baxış
SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İranın Sistan və Bəlucistan əyalətinin Səravan şəhərində SEPAH üzvləri 15 yaşlı Fərzad Mollazehi adlı yeniyetməyə atəş açıblar.


Axar.az xəbər verir ki, bu barədə Bəlucistan İnsan Hüquqlarını Sənədləşdirmə Şəbəkəsi məlumat yayıb.


Məlumata görə, hadisə iyunun 17-i axşam saatlarında şəhərin İranmehr xəstəxanasının qarşısında baş verib.


"SEPAH qüvvələri yeniyetmənin xəstəxanaya çatdırılmasına icazə vermədiklərinə görə, o bir müddət sonra hadisə yerində həyatını itirib", - məlumatda bildirilib.


SEPAH üzvlərinin xəbərdarlıq etmədən atəş açdıqları bildirilsə də, hadisənin səbəbləri barədə açıqlama verilməyib.

Mənbə axar.az

Oxşar Xəbərlər