Digər

Türkiyədən Hörmüz açıqlaması: Hazırıq...

19 Jun 2026, 15:04 1 baxış
Türkiyədən Hörmüz açıqlaması: Hazırıq...

Türkiyə Hörmüz boğazında mina təmizləmə tapşırıqlarını yerinə yetirməyə hazırdır.


Axar.az xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Yaşar Gülər deyib.


“Bu bölgədəki hadisələr təkcə regional deyil, həm də qlobal təhlükəsizliyə birbaşa təsir göstərir. Türkiyə ABŞ və İran arasında əldə edilən atəşkəs razılaşmasını alqışlayır. Lazım gələrsə, Hörmüz boğazının minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq”, - o bildirib.


Gülər onu da qeyd edib ki, Türkiyə NATO-nun cənub cinahında yerləşməsi sayəsində regional təhdidlərin birbaşa həllində aparıcı müttəfiqdir və artan gücü ilə alyansa əhəmiyyətli töhfələr verir.

Mənbə axar.az

Oxşar Xəbərlər