Cəmiyyət

"Azercell"in bu abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim

19 Jun 2026, 15:35 2 baxış
"Azercell"in bu abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim

Azercell Telekom MMC “Premium” tarifləri çərçivəsində təqdim etdiyi əlavə üstünlükləri zənginləşdirməyə davam edir.


Bu dəfə şirkət “Premium” və “Premium+” tariflərinin istifadəçiləri üçün yeni tərəfdaşlıq kampaniyasına start verib. Kampaniya çərçivəsində müştərilər Atəşgah Sığorta-nın “Səyahət sığortası” xidmətindən 20% endirimlə yararlana biləcəklər. Xarici səfərlər zamanı yarana biləcək müxtəlif risklərə qarşı təminat təqdim edən bu xidmət Azercell abunəçilərinə daha rahat və təhlükəsiz səyahət təcrübəsi qazandırır.


“Premium” və “Premium+” tariflərinin abunəçiləri kampaniyadan yararlanmaq üçün “Azercell” tətbiqinin “Eksklüziv təkliflər” bölməsindəki “Atəşgah Səyahət Sığortası” banneri vasitəsilə müraciət edə bilərlər.


Kampaniya haqda ətraflı məlumat əldə etmək üçün:


https://www.azercell.com/az/personal/premium-plus.html

Mənbə axar.az

Oxşar Xəbərlər