İqtisadiyyat

Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin Türkiyəyə səfəri təşkil olunub - FOTO

19 Jun 2026, 11:32 3 baxış
Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin Türkiyəyə səfəri təşkil olunub - FOTO
17-19 iyun 2026-cı il tarixlərində Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələri üçün keçirilən silsilə məlumatlandırma sessiyalarının iştirakçılarının Türkiyəyə səfəri təşkil olunub. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb. Bildirilib ki, səfərin ilk günündə gənc media nümayəndələri SOCAR-ın İstanbul şəhərində yerləşən ofisini ziyarət edib, şirkətin fəaliyyəti ilə tanış olublar. Burada təşkil olunan məlumatlandırma sessiyasında "SOCAR Türkiyə"nin baş icraçı direktorunun kommunikasiya və dövlətlə əlaqələr üzrə müavini Mikayıl Yusifov şirkətin qardaş ölkədəki çoxşaxəli fəaliyyəti, icra olunan layihələr, əldə olunan nailiyyətlər, strateji hədəflər ilə bağlı ətraflı məlumat verib, media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. Səfər proqramının növbəti günündə İzmir şəhərinə səfər edən gənc media nümayəndələri üçün "SOCAR Türkiyə" şirkətinin Əliağadakı inzibati binasında məlumatlandırma sessiyası keçirilib. "SOCAR Türkiyə"nin Emal və neft-kimya biznes vahidi rəhbərinin maliyyə məsələləri üzrə müavini Ahmet Gülhan təqdimatla çıxış edərək, "Petkim" neft-kimya kompleksinin və "STAR" Neft Emalı Zavodunun (NEZ) fəaliyyəti, artan istehsal gücü və perspektivdə nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib. "SOCAR Terminal"ın baş direktoru Uygun Değirmenci təqdimatında terminalın fəaliyyətindən, ötən illər ərzində şirkətin logistik imkanlarının genişləndirilməsi üzrə atılan addımlardan, əldə olunan uğurlardan, yükdaşıma əməliyyatlarında səmərəliliyin və xidmət keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. "SOCAR Türkiyə"nin dayanıqlılıq və SƏTƏM üzrə korporativ direktoru Mehmet Özenbaş çıxışında ətraf mühit, sosial və korporativ idarəetmə yanaşmalarının müasir biznes mühitində artan rolundan bəhs edərək şirkətin əməliyyat səmərəliliyi və dayanıqlı inkişaf sahəsində həyata keçirdiyi layihələr, müəssisələrdə tətbiq olunan rəqəmsal həllər barədə məlumat verib. Sonra media nümayəndələrinin sualları cavablandırılıb. Daha sonra gənc jurnalistlər üçün "Petkim" neft-kimya kompleksinin, "STAR" Neft Emalı Zavodunun və "SOCAR Terminal"ın ərazisinə sahə turları təşkil olunub. Sahə turları çərçivəsində iştirakçılar müəssisələrin əməliyyat fəaliyyəti, müasir texnoloji imkanları ilə tanış olublar.
{{gallery}}
Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin Türkiyəyə səfəri təşkil olunub - FOTO Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin Türkiyəyə səfəri təşkil olunub - FOTO Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin Türkiyəyə səfəri təşkil olunub - FOTO Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin Türkiyəyə səfəri təşkil olunub - FOTO Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin Türkiyəyə səfəri təşkil olunub - FOTO Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin Türkiyəyə səfəri təşkil olunub - FOTO Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin Türkiyəyə səfəri təşkil olunub - FOTO Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin Türkiyəyə səfəri təşkil olunub - FOTO Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin Türkiyəyə səfəri təşkil olunub - FOTO Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin Türkiyəyə səfəri təşkil olunub - FOTO Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin Türkiyəyə səfəri təşkil olunub - FOTO Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin Türkiyəyə səfəri təşkil olunub - FOTO Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin Türkiyəyə səfəri təşkil olunub - FOTO Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin Türkiyəyə səfəri təşkil olunub - FOTO Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin Türkiyəyə səfəri təşkil olunub - FOTO Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin Türkiyəyə səfəri təşkil olunub - FOTO Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin Türkiyəyə səfəri təşkil olunub - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər