Kriminal
Yol kənarında olan dörd piyadanı maşınla vurdu
Ağdamda dörd piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, qəza rayonun 83 saylı İmamqulubəyli qəsəbəsi ərazisində qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan VAZ-2106 markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarında olan dörd piyadanı vurub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma başlanılıb, hadisənin başvermə səbəbləri araşdırılır.
Mənbə
oxu.az