Kriminal

Astarada avtomobil dərəyə aşdı: ölən və yaralananlar var

18 Jun 2026, 23:14 2 baxış
Astarada avtomobil dərəyə aşdı: ölən və yaralananlar var

Astara rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.


Axar.az xəbər verir ki, hadisə rayonun Təxtənəkəran–Hamuşam kənd yolunda qeydə alınıb. Astara rayonunun Niləşə kənd sakini Tərlan Sənham oğlu Eyvazovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq hündürlükdən dərəyə aşıb.


Qəza nəticəsində sürücü Tərlan Eyvazov hadisə yerində həyatını itirib.


Avtomobildə sərnişin qismində olan 1977-ci il təvəllüdlü Azər Xanoğlan oğlu Rzayev, 1980-ci il təvəllüdlü İbrahim Xanəhməd oğlu Məmmədov və 1980-ci il təvəllüdlü Nazim Balağa oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılıblar.


Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər