Kriminal

FHN göz qapağı zəncirbəndə ilişən şəxsə kömək etdi - VİDEO

18 Jun 2026, 19:44 2 baxış
FHN göz qapağı zəncirbəndə ilişən şəxsə kömək etdi - VİDEO
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonunda vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 2003-cü il təvəllüdlü vətəndaşın göz qapağının geyiminin zəncirbəndinə ilişməsi nəticəsində təhlükəli vəziyyətdə qaldığı müəyyən olunub. Xilasedicilər tərəfindən təhlükəsizlik qaydalarına riayət edilməklə vətəndaşa müvafiq köməklik göstərilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər