Kriminal
Cəlilabadda montyoru cərəyan vuraraq öldürdü
Cəlilabad rayonunda elektrik montyorunu cərəyan vuraraq öldürüb. Oxu.Az xəbər verir ki, hadisə rayonun Mirzəli kəndi ərazisində baş verib. Rayonun Qarakazımlı kənd sakini, 1982-ci il təvəllüdlü hava-xətt montyoru Fariz Məmmədov kənd ərazisindəki elektrik dirəyində təmir-bərpa işləri apararkən elektrik cərəyanı vurub. Hadisə nəticəsində elektrik dirəyindən yıxılan F.Məmmədov orada ölüb. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az