Kriminal

Göz qapağı zəncirbəndə ilişdi, FHN xilas etdi - Video

18 Jun 2026, 19:50 3 baxış
Göz qapağı zəncirbəndə ilişdi, FHN xilas etdi - Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonunda vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.


Bu barədə Axar.az-a FHN-dən məlumat verilib.


Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.


Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 2003-cü il təvəllüdlü vətəndaşın göz qapağının geyiminin zəncirbəndinə ilişməsi nəticəsində təhlükəli vəziyyətdə qaldığı müəyyən olunub.


Xilasedicilər tərəfindən təhlükəsizlik qaydalarına riayət edilməklə vətəndaşa müvafiq köməklik göstərilib.


Mənbə axar.az

Oxşar Xəbərlər