Digər
Ukrayna ilə bağlı danışıqların vaxtıdır - Vadeful
Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı danışıqlara başlamağın vaxtı çatıb.
Axar.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful deyib.
“Hesab edirik ki, hazırda danışıqlar üçün ən uyğun zamandır. Avropa ölkələri bu yayı danışıqlar imkanını ciddi şəkildə nəzərdən keçirmədən ötürməməlidir. Bu məsələni uzunmüddətli perspektivdə yalnız amerikalıların öhdəsinə buraxmamaq vacibdir”, - o bildirib.
Mənbə
axar.az