Digər

İtaliya zenit-raket kompleksini Türkiyəyə yerləşdirdi

18 Jun 2026, 17:47 2 baxış
İtaliya zenit-raket kompleksini Türkiyəyə yerləşdirdi

İtaliyaya məxsus SAMP-Tzenit-raket kompleksi iyunun 18-də Türkiyənin Konya şəhərində yerləşən Hərbi Hava Qüvvələri komandanlığının bazasında yerləşdirilib.


Axar.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.


Məlumata görə, kompleks NATO-nun daimi müdafiə planı çərçivəsində alyansın hava hücumundan müdafiə imkanlarını gücləndirmək məqsədilə yerləşdirilib.


Bildirilib ki, “Aster 30” raketləri ilə təchiz olunan sistem Yaxın Şərqdən gələ biləcək potensial raket təhdidlərinə qarşı müdafiə məqsədi daşıyır.

Mənbə axar.az

Oxşar Xəbərlər