İqtisadiyyat

İİB rəsmisi: "Yaxın 10 ildə 400 milyon insan yoxsulluqla üzləşə bilər"

18 Jun 2026, 16:47 2 baxış
İİB rəsmisi: "Yaxın 10 ildə 400 milyon insan yoxsulluqla üzləşə bilər"
"İslam İnkişaf Bankının (IsDB) Dayanıqlılıq İndeksinin 2026-cı il nəticələrinə görə, təşkilata üzv 57 ölkədən 32-si həssas və ya riskli vəziyyətdədir. Yaxın 10 ildə bu ölkələrdə təxminən 400 milyon insanın həddindən artıq yoxsulluq şəraitində yaşayacağı gözlənilir". Oxu.Az xəbər verir ki, bunu IsDB Qrupunun əməliyyatlar üzrə vitse-prezidenti Rami Mahmud Ahmad Bakıda keçirilən IsDB-nin İllik Toplantıları çərçivəsində təşkil olunan "İslam İnkişaf Bankının Dayanıqlılıq Dialoqu 2026" panelində deyib. O qeyd edib ki, Suriyadakı uzunmüddətli böhran milyonlarla insanı yoxsulluq və humanitar yardımdan asılı vəziyyətə salıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər