Lukaşenko xəbərdarlıq etdi: Onların sonu pis olacaq
Kimsə bizi təxribata çəkib müharibəyə sürükləməyə çalışarsa, düşünürəm ki, onların sonu pis olacaq.
Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Sakit davranırıq. Kimsə Belarusun dinc ölkə olması faktını bəyənmir və bütün bunların baş verməsinin səbəbi də elə budur. Biz bəyanatlar, bəhanələr və müxtəlif versiyalar eşidirik. Amma bizə həqiqət lazımdır. Biz bu həqiqəti Ukrayna hökumət rəsmilərindən, hərbçilərindən, xalqından əsl, ədalətli və dürüst bir cavabı gözləyirik. Onsuz da bu həqiqəti ortaya çıxaracağıq, bu, böyük problem olmayacaq”, - o bildirib.
Qeyd edək ki, dünən Ukrayna ordusu Rusiyanın Bryansk vilayətində Belarusdan olan uşaq futbol komandasını daşıyan avtobusu PUA ilə vurmuşdu.
Bu gün Ukraynanın müvəqqəti işlər vəkili İvan Novitski məsələ ilə bağlı Belarus Xarici İşlər Nazirliyinə çağırılıb.