İqtisadiyyat

IsDB-nin illik toplantısı çərçivəsində Azərbaycanla bağlı üç sənəd imzalanıb

18 Jun 2026, 16:03 2 baxış
IsDB-nin illik toplantısı çərçivəsində Azərbaycanla bağlı üç sənəd imzalanıb
Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun İllik Toplantısı çərçivəsində yeni sənədlər imzalanıb. Oxu.Az xəbər verir ki, sənədlərin imzalanması toplantının açılış mərasimində baş tutub. Belə ki, "Qarabağ suvarma kanalının yenidən qurulması" layihəsi üzrə Çərçivə (Kredit) Sazişi, həmin layihə üzrə Qrant Sazişi, həmçinin "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə İslam İnkişaf Bankı arasında Azərbaycan üçün Üzv Ölkə Tərəfdaşlıq Strategiyasının hazırlanmasına dair Anlaşma Memorandumu" imzalanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər