Digər
Kallasla bütün təmasları kəsdim - Saar
Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla bütün təmasları kəsmişəm.
Axar.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar deyib.
Onun sözlərinə görə, buna səbəb Kallasın Meksikaya səfəri zamanı İsraili Cənubi Afrikadakı aparteid rejimi ilə müqayisə etdiyi barədə çıxışıdır.
Saar bu cür bəyanatları qanlı böhtan adlandırıb və Kallas öz sözlərindən imtina etməyənə qədər onunla heç bir əlaqə saxlamayacağını bildirib.
Mənbə
axar.az