İqtisadiyyat
Adnan Zaylani Zahid: "Hazırda etiketli sükukların bazar həcmi təxminən 70 milyard ABŞ dolları təşkil edir"
"Qlobal sükuk bazarının ödənilməmiş dəyəri 1 trilyon ABŞ dollarını ötüb və 2030-cu ilə qədər 1.8 trilyon ABŞ dollarına çatacağı gözlənilir". Oxu.Az xəbər verir ki, bunu Malayziya Mərkəzi Bankının sədr müavini Adnan Zaylani Zahid Bakıda keçirilən İslam İnkişaf Bankı (İsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunan panel müzakirələrdə deyib. O bildirib ki, davamlı və ESG ilə əlaqəli sükukların payı artır: "Hazırda etiketli sükukların bazar həcmi təxminən 70 milyard ABŞ dolları təşkil edir ki, bu da qlobal sükuk bazarının 6%-nə bərabərdir. İqlim keçidi üçün 2030-cu ilədək hər il 2 trilyon dollardan çox, Dayanıqlı İnkişaf Məqsədləri üzrə maliyyə boşluğunun aradan qaldırılması üçün isə illik 4 trilyon dollardan artıq vəsait tələb olunur". "Etiketli sükuk maliyyə prinsiplərini davamlı inkişaf məqsədləri ilə uzlaşdıraraq risklərin bölüşdürülməsini, sosial inklüzivliyi və real iqtisadi təsiri təşviq edir", - deyə o vurğulayıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər