Digər
Bakı beynəlxalq sammitə ev sahibliyi edir
"Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər" mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammiti başlayıb. Oxu.Az-ın məlumatına görə, tədbirdə dünyanın 30-a yaxın ölkəsindən ombudsmanlar, milli insan hüquqları institutlarının nümayəndələri, beynəlxalq təşkilatlar, dövlət qurumları və ekspertlər qatılıblar. Qonaqlar süni intellektin insan hüquqlarına təsiri, etik çağırışlar və gələcəyin məsuliyyətləri barədə fikir mübadiləsi aparacaqlar. Sammitdə "Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər", "Rəqəmsal məkanda hüquqların qorunması: məlumatların mühafizəsi, məxfilik və dezinformasiyaya qarşı mübarizə", Süni intellektin əmək bazarına və məşğulluğa təsiri, "Süni intellekt sistemlərində şəffaflıq, ədalət və bərabərlik", "Rəqəmsal savadlılıq və insan hüquqlarının qorunması" mövzularında panel müzakirələr olacaq.
Mənbə
oxu.az