Digər

İsraili buna məcbur etmək ABŞ-ın öhdəliyidir - Bəqai

18 Jun 2026, 10:32 2 baxış
İsraili buna məcbur etmək ABŞ-ın öhdəliyidir - Bəqai

İranın neft sanksiyalarının ləğvi prosesi bu gün başlayır və danışıqlar zamanı davam edəcək.


Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai deyib.


“Əgər İsrail rejiminin Livana qarşı hücumları davam edərsə, bu, qarşı tərəfin anlaşma memorandumu çərçivəsində öhdəliklərinin pozulması demək olacaq.


Biz ABŞ və İsrail rejimini ayırmırıq, baxmayaraq ki, onların metod və yanaşmalarındakı fərqlər olduqca göz qabağındadır.


İsrail rejimi heç bir diplomatik prosesə ən kiçik bir fürsət belə vermək istəmir. Lakin İsrail rejimini bu müqavilə çərçivəsində Amerikanın İrana qarşı öhdəliklərinə hörmət etməyə məcbur etmək ABŞ-ın məsuliyyətidir”, - o bildirib.


Qeyd edək ki, ABŞ ilə İran arasında anlaşma memorandumunu hər iki ölkənin prezidenti elektron qaydada imzalayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər