Kriminal

Qəbələdə 16 yaşlı qızın ölümünə səbəb olan həkimə hökm oxundu

17 Jun 2026, 18:00 1 baxış
Qəbələdə 16 yaşlı qızın ölümünə səbəb olan həkimə hökm oxundu
Qəbələdə boğaz nahiyəsindən cərrahi əməliyyat edilmiş 16 yaşlı Məleykə Məmmədovanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon xəstəxanasının Cərrahiyyə şöbəsinin həkim-otorinolarinqoloqu Elçin Mahmudov Qəbələ Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətə azadlıqdan məhrum edilib. Bundan başqa, E.Mahmudovun 1 il 6 ay tibbi fəaliyyət göstərməsi də qadağan olunub. Hökmdə onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib. Qeyd edək ki, ötən ilin iyununda 2009-cu il təvəllüdlü Məleykə Məmmədova Qəbələ Rayon Mərkəzi Xəstəxanasına boğaz əməliyyatı üçün müraciət edib. Üzərində tonzillektomiya əməliyyatı icra olunan yeniyetmə üç gün sonra kəskin qanaxma səbəbindən xəstəxanada dünyasını dəyişib. Bu ilin yanvarında isə həkim barəsində Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ölümlə nəticələndikdə) maddəsi ilə cinayət işi açılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər