İqtisadiyyat

Avropada ən yüksək inflyasiya baş verən ölkə bəlli oldu

17 Jun 2026, 16:28 1 baxış
Avropada ən yüksək inflyasiya baş verən ölkə bəlli oldu
2026-cı ilin may ayında avrozonada illik inflyasiya səviyyəsi 3.2% təşkil edib. Oxu.Az xəbər verir ki, bu barədə "Avrostat" məlumat yayıb. Bu göstərici aprel ayında 3%, 2025-ci ilin mayında isə 1.9% səviyyəsində qərarlaşmışdı. Avropa İttifaqına gəldikdə, ötən ay burada inflyasiya aprel ayındakı 3.2%-ə qarşı 3.3%-ə qədər yüksəlib. Keçən ilin mayında isə bu rəqəm 2.2%-ə bərabər olub. Ən aşağı illik inflyasiya İsveçdə (1.1%), eləcə də Danimarka və Çexiyada (hər biri 1.8%) qeydə alınıb. Ən yüksək göstəricilər isə Rumıniya (9.7%), Bolqarıstan (6.3%) və Litvada (5.1%) müşahidə olunub. Ümumilikdə, 2026-cı ilin apreli ilə müqayisədə 11 üzv dövlətdə illik inflyasiyanın azalması, 16 ölkədə isə artması qeydə alınıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər