Digər
Simonyan özündən 20 yaş kiçik modellə evlənir - Video
Ermənistan parlamentinin sədri Alen Simonyan erməni model Anela Qubryanla evlənir.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, cütlük artıq Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsinə ərizə təqdim edib.
Toy mərasiminin rəsmi tarixi və yeri hələ açıqlanmayıb.
Qeyd edək ki, Simonyan ötən il həyat yoldaşından boşanıb. Cütlüyün evlilikdən iki övladı var. Alen Simonyanın yeni sevgilisi Anela Qubryan ondan təxminən 20 yaş kiçikdir.
Mənbə
axar.az