Kriminal
Bakıda sürücü sükan arxasında öldü
Bakıda sürücü sükan arxasında ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda baş verib. Xocavənd rayon sakini 62 yaşlı Əliş Surxay oğlu Səfərov "Mercedes" markalı avtomobildə ürək çatışmazlığından ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Mənbə
oxu.az