Digər

Erməni məhsullarına buna görə qadağa qoyduq - Rusiya

17 Jun 2026, 11:07 26 baxış
Erməni məhsullarına buna görə qadağa qoyduq - Rusiya

Ermənistandan Rusiyaya müəyyən ərzaq məhsullarının tədarükünə qoyulan məhdudiyyətlər yalnız müəyyən edilmiş qanun pozuntuları ilə bağlıdır və heç bir siyasi çalar daşımır.


Axar.az xəbər verir ki, bunu “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert deyib.


“Agentliyin müəssisələrin fəaliyyəti, laboratoriya testlərinin nəticələri, tədarüklər və qeydə alınmış pozuntular barədə uzun illərdir topladığı məlumatlar var. Məhdudiyyətlərin siyasiləşdirilmədiyini deyən bir dənə də olsun prezident görməmişəm. Əsas problem istehsalçılar tərəfindən keyfiyyətə nəzarətin olmamasıdır”, - o bildirib.


Qeyd edək ki, 12 iyun tarixindən etibarən “Rosselxoznadzor” Ermənistanda istehsal olunan və ya respublikadan digər Aİİ ölkələrinə göndərilən karantin məhsullarının idxalını və tranzitini məhdudlaşdırıb.

Mənbə axar.az

Oxşar Xəbərlər